Sayğac nədir? İstehsal olunmuş elektrik enerjisi texniki uçotunu eləcədə elektrik enerjisinin müəyyən olunmuş normativlər daxilində səmərəli sərf edilməsinə nəzarəti və enerji haqq hesabını aparan cihaza ( hesablaşma uçot cihazı ) elektrik sayğacı deyilir. Texnoloji proseslərin xarakterlərindən asılı olaraq enerji sərfiyyatının hesablaşmasını aparan elektrik sayğacları elektrik qurğularının tərtibatı qaydalarına (PUQU) uyğun quraşdırılmalı və DÜIST (QOST) tələblərinə müvafiq olmalıdır. Hesablaşma-uçot cihazları (aktiv enerji və reaktiv güc) elektrik sayğacları, elektrik enerjisinin topdan alıb satan istehlakçı və abonentlər lazımı hesablaşma uçot komplektləri ilə təmin olunmalıdır (cəryan və qərqinlik transformatorları). Elektrik təchizatını bir mənbəyindən müxtəlif tarif qruplarına mənsub olan bir neçə istehlakçı qidalandırıla bilər. Bu halda hər tarif qrupu üçün ayrıca uçot cihazları sayğac quraşdırılmalıdır. Burada daha ətraflı oxuyun: AZER İSİQ BORÇ SORGULAMA
Elektrik şəbəkəsinin tarixi Bakının işıqları, Bakının gecələri, Bakının sayrışan ulduzları, ifadəsi ötən əsrin 60-cı, 80-ci illərində şerdə, sənətdə, mahnılarda vəsf olunan mövzulardan olub. O illərin Bakısını görənlər nostalji duyğularla Bakının özünəməxsus gecələrini xatirlayırlar. Bulvar boyu sayrışan gecə lampaları, üzü Dağüstü parka qalxan funikulyorun rəngarəng işıqları yaşlı və orta nəslin yaddaşında ilginc duyğulu hisslərlə yaşamaqdadır. Elektrik enerjisinin müvafiq qaydada istehsalı, ötürülməsi, paylanması nə qədər texniki bir məsələdirsə, onun nəticəsi – Qədim Bakının küçə və meydanlarını, tarixi memarlıq abidələrini – “Qız qalası”nı, “Şirvanşahlar sarayı”nı, “İsmailiyyə” binasını, eləcə də son illər tikilən milli ornamentli, şərq üslüblü binaları işıqlandırması estetik bir nəticədir. Sırf mühəndis-texniki bir vasitə ilə istehsal olunan elektrik enerjisi istehlak məqamında estetik bir gözəllik mənbəyinə, bədii bir obraza çevrilib insanların zövqünü oxşayır, şerə, nəğməyə dön...